Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Bərdə rayon Heydər Əliyev Mərkəzində Konstitusiya və Suverenlik İli çərçivəsində “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib

04.11.2025

4 noyabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzində Konstitusiya və Suverenlik İli çərçivəsində “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra çıxışlar edilərək Zəfər Gününün əhəmiyyətindən danışılıb. Sonda Bərdə Dövlət Peşə Mərkəzinin tələbələrinin ifasında şeirlər səsləndirilib və “Şuşa, sən azadsan!” filmi nümayiş olunub.