Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Bərdə Tarix-diyarşünaslıq muzeyində şəhid Hüseynzadə Elməddin Fərman oğluna həsr edilmiş ”Açıq dərs” keçirilib

03.11.2025

03 noyabr  2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə Tarix-diyarşünaslıq muzeyində Vətən Müharibəsi şəhidi, evin yeganə övladı Hüseynzadə Elməddin Fərman oğluna  həsr edilmiş "Açıq dərs"  keçirilmişdir. Tədbir Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbinin   birgə təşkilatçılığı ilə təşkil edildi. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları və digər qonaqlar iştirak etdilər. Öncə Şəhidin adına olan bulaq və məzarı ziyarət edilmiş, önünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir.

Sonra Azərbaycan Respublikasının Dövlət

Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü

uğrunda canlarından keçən şəhidlərimizin əziz

xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxışlar edilərək, Azərbaycan torpaqlarının

işğal edilməsi və 44 günlük Vətən müharibəsində,

qazandığımız qələbə haqqında danışılıb.

Daha sonra şagirdlər vətənpərvərlik ruhunda şeirlər

səsləndirib, mahnılar ifa ediblər.