25.02.2022
25.02.2022-ci il tarixində Ağdam rayon MKS-nin 19 saylı Üçoğlan kənd kitabxanasında 26 Fevral Xocalı Soyqırımı Günü ilə əlaqədar "Ürəkləri göynədən mənzərə" adlı anım tədbiri keçirildi.Tədbiri giriş sözü ilə 19 saylı Üçoğlan kənd kitabxanasının müdiri Sevinc Cəfərova açaraq bildirdi ki, bugünkü tədbirimiz 1992-ci il 25-dən 26- na keçən gecə erməni silahlı birləşmələri tərəfindən törədilən dəhşətli Xocalı soyqırımı ilə əlaqədardır. Tədbirdə Xocalı şəhidlərinin və torpaqlarımızın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sevinc Cəfərova çıxışına davam edərək qeyd etdi ki, Xocalı 1991-ci ilin oktyabrından mühasirədə idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşə məruz qalırdı. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam sovet ordusunun 366-cı alayının hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlamışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçivanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv etmişdilər.Çıxış üçün söz Üçoğlan kənd tam orta məktəbin XI sinif şagirdi Tayfur Ələkbərlıyə verildi. O, çıxış edərək bildirdi ki, bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca və o cümlədən 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideyini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş dir. 487 nəfər yaralanmışdır, onlardan 76 nəfəri uşaq idi. 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür. Bəli 2020-ci 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsində Xocalıda xüsusi qəddarlıqla məhv edilən dinc əhalinin və eyni zamanda Qarabağ uğrunda şəhid olanların qisası alındı.Tədbirin sonunda Üçoğlan kənd tam orta məktəbin şagirdləri Xocalı soyqırımına həsr edilmiş şeirlər söylədilər.