23.03.2022
23 Mart 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin durektoru Məhəbbət Əliyeva və bir qrup kitabxana əməkdaşları şəhid Quluyev Həsən Adışirin oğlunun evində olublar . Şəhid Quluyev Həsən Adışirin oğlunun auləsinə bayram sovqatı aparmışlar. Həsən Quliyev 11 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Sarvanlar kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Həsən Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 21 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Sarvanlar kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Həsən Quliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Söhbət zamanı şəhidimizin atası Quluyev Adışirin,anası Quluyeva Elnarə oğlunun igidliyindən ürək dolusu danışmış ,dövlətimizin , xalqımızın onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.