08.04.2025
08 aprel 2025-ci il tarixində Ağdam rayon I Yüzbaşlı kənd tam orta məktəbinin müəllim və şagirdləri Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.
Ziyarətçilərə Mərkəzin ekspozisiya zalında yerləşən, Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolunu əks etdirən fotoşəkillər, sənədlər, eləcə də Prezident İlham Əliyevin Ağdam rayonuna səfərlərini əks etdirən fotoşəkillər və işğaldan azad olunmuş ərazilərimizdəki tarixi abidələr haqqında məlumat verilib.