Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə konfrans keçirilib

08.05.2025

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə konfrans keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev yolu müasir Azərbaycan tarixinin uğur salnaməsidir” mövzusunda konfrans keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə əvvəlcə Qarabağ Regional Mədəniyyət İdarəsinin Şuşa Dövlət Rəsm Qalereyasının "33 illik həsrətə son!" adlı, şuşalı rəssam Rövşən Bayramovun fərdi sərgisinə baxış keçirilib. Qalereyanın direktoru Anar Cəbizadə gələn qonaqlara sərgi haqqında ətraflı məlumat verib.

Tədbir zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransda Şuşa rayonunda Azərbaycan Respublikasının xüsusi nümayəndəsi  Aydın Kərimov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı, Qarabağ və Şərqi Zəngəzur İqtisadi zonalarının kuratoru Elmar Məmmədov, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Şuşa rayon prokuroru Nəriman Əsədov, Şuşa rayon Polis şöbəsinin rəisi, polis polkovniki Səməd Məhərrəmov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, şəhid valideynləri, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, Xankəndi şəhər 4, Laçın şəhər 2 nömrəli, Laçın rayon Zabux və Sus kənd tam orta ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri, idarə-müəssisə rəhbərləri iştirak ediblər.

 

82.1 KB

 

88.1 KB

 

55.7 KB

 

110.1 KB

 

49.3 KB

 

84.2 KB

 

51.6 KB

 

36.6 KB