Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı rayon Mədəniyyət evində “Maqsud əbədidir” adlı tədbir keçirilib

20.05.2025

20 may 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Xocalı rayon Mədəniyyət evində rayon Mədəniyyət evinin və Xocalı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yazıçı, nasir, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun 90 illik yubileyi ilə əlaqədar olaraq “Maqsud əbədidir” adlı tədbir keçirilib.

       Tədbir zamanı çıxışlar edilərək ədibin həyat və yaradıcılığından danışılıb, kinematoqrafiya sahəsində göstərmiş olduğu xidmətlər, Azərbaycan incəsənətinin inkişafında gördüyü işlər xüsusi qeyd edilib. Bildirilib ki, onun ssenari müəllifi olduğu "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Məğlubedilməzlər" kimi bir çox filmlər bu gün də sevilərək izlənilir.

       Daha sonda məktəb şagirdləri ilə ədibin əsərləri, ssenari müəllifi olduğu filmlər müzakirə olunub.

 

136.2 KB

 

118.3 KB

 

129.6 KB