19.05.2025
19 may 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin 19 saylı Üçoğlan kənd kitabxanası Konstitusiya və Suverenlik ili ilə əlaqədar olaraq “Tarixi ədalət” adlı tədbir keçirib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mövzu ətrafında çıxışlar edilərək Azərbaycan Respublikası Konstitusiyasının 30-cu, Suverenliyimizin 5-ci ildönümü haqqında geniş məlumat verilib.
Daha sonra kitabxananın oxucuları tərəfindən Ulu öndər Heydər Əliyevə, müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar və müxtəlif rəqslər ifa edilib.